Kölgələri yaradan obyektdir, ya dolayı yolla günəşin varlığı?



Hər ikisi həqiqətə yaxın olsa da, kiçik nüans var.

Qəbul edək ki, obyektin var olması kölgə ilə nəticələnmir. Kölgə anlayışını yaradan günəş fövqüdür. Bəli, fövq. Çünki bu ulduz olmazsa, nəinki biz - obyekt, təbiət belə var olmazdı.

Platon mağara alleqoriyasında həyatları boyu günəşi görməyən kölələri təsvir edir. Onlar zəncirlərdən ibarət həyat yaşayır və nəinki mağaranı tərk etmək, hətta istiqamətini dəyişib başqa tərəfə baxa bilmirlər. Onlardan yalnız biri bu zəncirlərdən xilas olur, reallıqla tanış olur. 

Bütün bu gerçəkliyi görən digər kölələr onun "gözlərinin pozulduğunu" iddia edib, gülürlər.

Platonun mağara alleqoriyasından olan bu hissə aydınlara münasibətin 2500 ildir dəyişmədiyini göstərir. Saramaqo "Korluq" əsərində yazırdı ki, hamının kor olduğu dünyada görmək çox təhlükəli bacarıqdır. 

Müasir dünya isə artıq sürətlə dəyişir, inkişaf edir. Modern insan bu zəncirlərdən xilas ola bildiyi halda belə azadlığın yox, boşluğun əsirinə çevrilir. Zamanla həqiqət sandıqlarımız mutasiyaya uğrayır. Keçmişə ilişib qalanlar, şəxsiyyəti bütə çevirənlər isə bu günün reallığından ümumiyyətlə uzaq düşürlər. 

Bəlkə də fərqli olmaq doğurdan da təhlükəlidir. Çünki bəşəriyyətin inkişafı fərqlilər tərəfindən icra edilib. Daha sonra bu icra, fərqliləri aradan qaldırmaq üçün istifadə olunub. Bu gün hər kəsin ağız dolusu "fərqliyəm" deməsi riyakarlıq, digərlərini diskirminasiya etmək üçün alətə çevrilib. Fərqli olmaq fərqli görünmək deyil. Çünki "fərq" ərəbcədən fərqinə varmaq, ayırd edə bilməkdir.


Murad Cəfərli

Comments

Sizin üçün maraqlı ola bilər

Rəssamlıqda german-skandinav mifologiyası

Anna Anker "Qüssə"