Anna Anker "Qüssə"

 Anna Anker yuxudan ilhamlanaraq bu rəsmi çəkib. 70 illik yubileyi ilə bağlı verdiyi müsahibədə bunları deyib:

"Rəsm edəcək mövzuların olmadığı bir dövr var idi. Gecə-gündüz bunu düşünürdüm. Sonra bir gecə yuxu gördüm. Qəbiristanlıqda bir xaçın altında ana və qızın görüşdüyünü gördüm yuxuda... Ana diz çökmüşdü, qızı da digər tərəfdə çökmüşdü. İkisindən biri ölmüşdü. Qəbiristanlıqdakı bu görüş mənim üçün o qədər canlı idi ki, səhəri gün onu rəsm etməyə başladım".

Ananın dua üçün, yoxsa çarəsizlikdən barmaqlarını bir-birinə keçirdiyini, hətta bu qadınların kim olduqlarını da bilmirik. Amma Anna Ankerin öz anası ana obrazı üçün model olmuşdu.

Comments

Sizin üçün maraqlı ola bilər

Rəssamlıqda german-skandinav mifologiyası

Kölgələri yaradan obyektdir, ya dolayı yolla günəşin varlığı?