Avqust Fridrix Şenk "İzdirab" və "Yetim"

 

Rəsmdə qarğalarla əhatə olunan, kədərdən ağlayan, şaxtadan nəfəsi havada donan pərişan qoyun təsvir edilib. Ana qoyun quzusunun cəsədi üzərində dayanıb. Onlar ikisi də tünd, boz buludlu qış səmasının altında toplaşan qara qarğalarla əhatə olunublar. Qarğalar məsum şəkildə cəsədi parçalamaq üçün fürsət gözləyir. Bu mənzərə ilə rəssam bizə bir növ pyetanı xatırladır. Pyeta xristian incəsənətində istifadə olunan Bakirə Məryəmin oğlu İsa Məsihin ölmüş bədənini qucaqlayarkən təsvir edilən səhnədir.


Rəssamın "İzdirab" əsəri qısa müddətdə məhşurlardığı üçün 1885-ci ildən rəsm etdiyi "Yetim" əsərində "İzdirab" əsərinin tərs versiyasından istifadə edib. Bu dəfə rəssam anasının cəsədi üzərində dayanan quzunun qara qarğa sürüsü ilə əhatə olunan versiyasını rəsm edib.

Comments

Sizin üçün maraqlı ola bilər

Rəssamlıqda german-skandinav mifologiyası

Kölgələri yaradan obyektdir, ya dolayı yolla günəşin varlığı?

Anna Anker "Qüssə"