İspan qripinin məhv etdiyi "Ailə"

 

Başlanğıcda fərqli adlanan əsər Eqon Şilenin qurmaq arzusunda olduğu xoşbəxt ailəni təsvir edir. Əsər Eqon Şilenin xanımı Edit hamilə olarkən çəkilib. Bu səbəbdən uşaq ananın ayaqları altında təsvir edilib. Rəssam əsəri onu gələcəkdə ​​gözləyən taledən tamamilə xəbərsiz rəsm etsə də, əsərə həzin və kədərli emosiya hakimdir.

Rəsm olunan bədənlər narahat, yorğun və gərginliklə doludur. Tünd rənglər gerçəkləşmək də olan kədərli taleyin bütün ağırlığını çatdırır. Tabloda rəsm edilən ailədən bir neçə ay sonra əsər-əlamət qalmır. Rəssam və ailəsi İspan qripinə yoluxur. Hamiləliyinin altıncı ayında Edit vəfat edir. Editin vəfatından üç gün sonra Eqon Şile də 28 yaşında həyata gözlərini yumur.

Bu əsər 1918-ci ildə "Vyana Secession"-un 49-cu sərgisində "Çöməlmiş cütlük" adı ilə nümayiş etdirilib. Rəssamın və ailəsinin vəfatından sonra onların şərəfinə əsərə "Ailə" adı verilir.

Əsər hazırda Vyananın Belvedere muzeyində mühafizə edilir.

Comments

Sizin üçün maraqlı ola bilər

Rəssamlıqda german-skandinav mifologiyası

Kölgələri yaradan obyektdir, ya dolayı yolla günəşin varlığı?

Anna Anker "Qüssə"