Posts

Showing posts from March, 2024

Avqust Fridrix Şenk "İzdirab" və "Yetim"

Image
  Rəsmdə qarğalarla əhatə olunan, kədərdən ağlayan, şaxtadan nəfəsi havada donan pərişan qoyun təsvir edilib. Ana qoyun quzusunun cəsədi üzərində dayanıb. Onlar ikisi də tünd, boz buludlu qış səmasının altında toplaşan qara qarğalarla əhatə olunublar. Qarğalar məsum şəkildə cəsədi parçalamaq üçün fürsət gözləyir. Bu mənzərə ilə rəssam bizə bir növ pyetanı xatırladır. Pyeta xristian incəsənətində istifadə olunan Bakirə Məryəmin oğlu İsa Məsihin ölmüş bədənini qucaqlayarkən təsvir edilən səhnədir. Rəssamın "İzdirab" əsəri qısa müddətdə məhşurlardığı üçün 1885-ci ildən rəsm etdiyi "Yetim" əsərində "İzdirab" əsərinin tərs versiyasından istifadə edib.  Bu dəfə rəssam anasının cəsədi üzərində dayanan quzunun qara qarğa sürüsü ilə əhatə olunan versiyasını rəsm edib.

İspan qripinin məhv etdiyi "Ailə"

Image
  Başlanğıcda fərqli adlanan əsər Eqon Şilenin qurmaq arzusunda olduğu xoşbəxt ailəni təsvir edir. Əsər Eqon Şilenin xanımı Edit hamilə olarkən çəkilib. Bu səbəbdən uşaq ananın ayaqları altında təsvir edilib. Rəssam əsəri onu gələcəkdə ​​gözləyən taledən tamamilə xəbərsiz rəsm etsə də, əsərə həzin və kədərli emosiya hakimdir. Rəsm olunan bədənlər narahat, yorğun və gərginliklə doludur. Tünd rənglər gerçəkləşmək də olan kədərli taleyin bütün ağırlığını çatdırır. Tabloda rəsm edilən ailədən bir neçə ay sonra əsər-əlamət qalmır. Rəssam və ailəsi İspan qripinə yoluxur. Hamiləliyinin altıncı ayında Edit vəfat edir. Editin vəfatından üç gün sonra Eqon Şile də 28 yaşında həyata gözlərini yumur. Bu əsər 1918-ci ildə "Vyana Secession"-un 49-cu sərgisində "Çöməlmiş cütlük" adı ilə nümayiş etdirilib. Rəssamın və ailəsinin vəfatından sonra onların şərəfinə əsərə "Ailə" adı verilir. Əsər hazırda Vyananın Belvedere muzeyində mühafizə edilir.

Anna Anker "Qüssə"

Image
  Anna Anker yuxudan ilhamlanaraq bu rəsmi çəkib. 70 illik yubileyi ilə bağlı verdiyi müsahibədə bunları deyib: "Rəsm edəcək mövzuların olmadığı bir dövr var idi. Gecə-gündüz bunu düşünürdüm. Sonra bir gecə yuxu gördüm. Qəbiristanlıqda bir xaçın altında ana və qızın görüşdüyünü gördüm yuxuda... Ana diz çökmüşdü, qızı da digər tərəfdə çökmüşdü. İkisindən biri ölmüşdü. Qəbiristanlıqdakı bu görüş mənim üçün o qədər canlı idi ki, səhəri gün onu rəsm etməyə başladım". Ananın dua üçün, yoxsa çarəsizlikdən barmaqlarını bir-birinə keçirdiyini, hətta bu qadınların kim olduqlarını da bilmirik. Amma Anna Ankerin öz anası ana obrazı üçün model olmuşdu.