İsa Məsih Andrea Pisanoyanın fırçasından

 

Bu freska İsa Məsihi Qiyamət Günündə nümayiş etdirmək üçün İncildəki müxtəlif görüntülərin və elementlərin birləşməsidir. Bu əsərin qeyri-adi təbiəti və təsvir gücü var. İsanın ayaqları altındakı dairəvi səth dünyanı, başındakı halqa isə ilahiliyi təmsil edir. İsanın sağ əli məhsuldarlığı simvollaşdırır, sol əlində isə ingiliscə “Mən dünyanın işığıyam” mənasını verən EGO SUM LUX MUNDI sözləri yazılmış kitab var. İsanın hər iki tərəfində çıraq kimi asılmış Alfa və Omeqa simvolları başlanğıc və son mənasını daşıyır. Dördlü təsvirlər dörd müjdəçini, dörd mələyi təmsil edir. Əsər Orta dövr rəssamı olan Andrea Pisanoya aiddir. 



Comments

Sizin üçün maraqlı ola bilər

Rəssamlıqda german-skandinav mifologiyası

Kölgələri yaradan obyektdir, ya dolayı yolla günəşin varlığı?

Anna Anker "Qüssə"