Alleqoriya: Sizi öz pəncərəmizdən baxmağa dəvət edirik



Rəsm ilk nitq idi. Hərflər doğuldu. Rəsm öldü... Öldü? Ölmədi... Hərflərin doğuluşu rəsmi cənnətdən qovdu. Rəsmin yenidən cənnətə qayıdışı renessans ilə başladı. Rəsmlər qovulduğu cənnətin divarlarını bəzədi. Rəsmin cənnətə qayıdışı (kilsəyə) onu itaətə deyil, itaətsizliyə sövq etdi. Rəsm qovulduğu cənnətin divarlarına sığmadı. Qadağan olunmuş meyvəni dərib düşünməyə başladı. Düşünmək rəsmin impressionizmi idi. Sonra rəsm nə reallığa sığdı, nə qeyri-reallığa keçid edə bildi. Keçid edə bilməyən rəsm ortada qalaraq kubizmə çevrildi.

Sonra isə reallıqdan tam qopdu. İrreal müstəviyə, sadəcə uşaqlara keçid etdi. Ona görə rəsm sadələşməyə başladı. Rəsmin uşaqlaşaraq primitivizm adını aldı. Sonra… Sonra… Sonra... Sonra…  Daha sonra rəsm “Alleqoriya”ya çevrildi. Alleqoriya rəsmin öz-özünü aşkar etməsidir. Öz-özünü xilas etməsidir. Alleqoriya rəsmin parodiyasıdır. Parodiya rəsmin astarıdır… “Alleqoriya” rəsmin astarını göstərir.

İndi biz sizin qarşınızdayıq. Məqsədimiz sənət əsəri dedikdə ağlınıza ilkin biliklərdən daha ötəsinin gəlməsidir. Uzaq diyarlardakı tabloların detallarını sizə göstərmək, sizlərlə söhbətləşmək, bilgi alış-verişi etmək.. Sənət şüuru açır, baxış bucağını genişləndirir. Biz də sizi öz pəncərəmizdən baxmağa dəvət edirik.

Sevgilər... Sayğılar...

Comments

Sizin üçün maraqlı ola bilər

Rəssamlıqda german-skandinav mifologiyası

Kölgələri yaradan obyektdir, ya dolayı yolla günəşin varlığı?

Anna Anker "Qüssə"