Posts

Showing posts from July, 2024

Rəssamlıqda german-skandinav mifologiyası

Image
Əvvəlki məqaləmizdə german-skandinav mifologiyası haqda danışmışdıq. Bu gün isə sizinlə həmin məqalənin ardı olaraq german-skandinav mifologiyasının rəssamlığa təsirləri haqqında danışmaq istəyirəm. Əvvəlcə onu bildirim ki, german-skandinav mifologiyasının incəsənətə çox böyük təsiri var. Rəssamlar da qədim və sirli mifoloji mənbələrdən sonsuz ilham alırlar. Skandinaviya mifologiyası müxtəlif tanrılar, qəhrəmanlar, epik hadisələr və fantastik varlıqlar boldur. Bu da rəssamları geniş bir mənbə ilə təmin edir. Özündə tarixi və mədəni mənbələrin xəlitəsini ehtiva edən bu mifologiya rəssamlar üçün sonsuz inkişaf və yaradıcılıq imkanları təqdim edir.  İndi isə gəlin german-skandinav mifologiyasının əzəmətindən təsirlənən bir neçə rəssamla tanış olaq:   Artur Rekem . İngilis rəssam Rekem fantastik və xalq nağıllarına aid illüstrasiyaları ilə tanınır. Xüsusilə skandinav mifologiyasından ilham alaraq çəkdiyi illüstrasiyalar, Qrimm nağıllarına bənzər bir atmosferə malikdir. Yon Bauer . İsveç