Posts

Showing posts from June, 2024

Kölgələri yaradan obyektdir, ya dolayı yolla günəşin varlığı?

Image
Hər ikisi həqiqətə yaxın olsa da, kiçik nüans var. Qəbul edək ki, obyektin var olması kölgə ilə nəticələnmir. Kölgə anlayışını yaradan günəş fövqüdür. Bəli, fövq. Çünki bu ulduz olmazsa, nəinki biz - obyekt, təbiət belə var olmazdı. Platon mağara alleqoriyasında həyatları boyu günəşi görməyən kölələri təsvir edir. Onlar zəncirlərdən ibarət həyat yaşayır və nəinki mağaranı tərk etmək, hətta istiqamətini dəyişib başqa tərəfə baxa bilmirlər. Onlardan yalnız biri bu zəncirlərdən xilas olur, reallıqla tanış olur.  Bütün bu gerçəkliyi görən digər kölələr onun "gözlərinin pozulduğunu" iddia edib, gülürlər. Platonun mağara alleqoriyasından olan bu hissə aydınlara münasibətin 2500 ildir dəyişmədiyini göstərir. Saramaqo "Korluq" əsərində yazırdı ki, hamının kor olduğu dünyada görmək çox təhlükəli bacarıqdır.  Müasir dünya isə artıq sürətlə dəyişir, inkişaf edir. Modern insan bu zəncirlərdən xilas ola bildiyi halda belə azadlığın yox, boşluğun əsirinə çevrilir. Zamanla həqiqət