Posts

Showing posts from April, 2024

German-skandinav mifologiyasına qısa baxış (I hissə)

Image
Bütün mifologiyalar arasında german-skandinav mifologiyası Qərb sivilizasiyasına təsir baxımından yunanlardan sonra ikinci yerdədir. Söhbət qədim german tayfalarından olan anqlların, saksonların, normanların və digər tayfaların e.ə. V əsrdən başlayaraq xristianlığı qəbul etdikləri dövrə kimi formalaşdırdıqları mifolojiyadan gedir. Bu mifolojiyanın əsas mənbəyi əslən islandiyalı nasir Snorri Sturlusona məxsus olan "Böyük Edda" və "Edda" adlı bədii əsərlərindəki mətnlərdir. Məhz bu sahəyə dair qiymətli məlumatlara məşhur Roma tarixçisi olan Tasitin qədim german əsatirləri əsasında yazdığı “Germania" (“Germanların mənşəyi və məskəni”) əsərində də rast gəlinir. Bəs bu mifologiya nədir? Bu german-skandinav mifologiyası əsrlər boyu alimləri, rəssamları və həvəskarları valeh edən hekayələr, tanrılar, qəhrəmanlar və kosmik mövzuların zəngin qobelenini insanlığa təqdim edir.  Bu mifologiyalar təkcə qədim german və Skandinaviya xalqlarının mədəniyyətinə və mənəvi inan