Posts

Showing posts from February, 2024

İsa Məsih Andrea Pisanoyanın fırçasından

Image
  Bu freska İsa Məsihi Qiyamət Günündə nümayiş etdirmək üçün İncildəki müxtəlif görüntülərin və elementlərin birləşməsidir. Bu əsərin qeyri-adi təbiəti və təsvir gücü var. İsanın ayaqları altındakı dairəvi səth dünyanı, başındakı halqa isə ilahiliyi təmsil edir. İsanın sağ əli məhsuldarlığı simvollaşdırır, sol əlində isə ingiliscə “Mən dünyanın işığıyam” mənasını verən EGO SUM LUX MUNDI sözləri yazılmış kitab var. İsanın hər iki tərəfində çıraq kimi asılmış Alfa və Omeqa simvolları başlanğıc və son mənasını daşıyır. Dördlü təsvirlər dörd müjdəçini, dörd mələyi təmsil edir. Əsər Orta dövr rəssamı olan Andrea Pisanoya aiddir. 

Qustav Klimitin əsəri tapılıb

Image
Avstriyalı rəssam Qustav Klimitin 100 ildir itdiyi deyilən əsəri Viyanada tapılıb.  Fraulein Lieserin tablosu bir vaxtlar Avstriyalı yəhudi ailəyə aid idi. Tablo ortadan yox olmamışdan qabaq ən son 1925-ci ildə görülüb. Tablo nasistlər dövründə talan edilib.  İndi əsər hərraca qoyulub. Qiyməti 54 milyon dollardır. 

Sənətlə Reklam

Image
  Leo Burnett Toronto "GMC Canyon AT4X" üçün hazırladığı kampaniyanı incəsənət motivləri qatıb. Necə? Bu çox qəribədir. Avtomobil burada modern sənətçi rolunda çıxış edir və eskperimental üsullarla rəsmlər yaradır. Avtomobil çətin ərazilərdə hərəkət edir və palçığı əvvəlcədən yerləşdirilmiş kətanlar üzərinə sıçradır. Ortaya belə görüntürlər çıxır. Bu addım incəsənət tənqidçilərindən də müsbət reaksiya alıb.